Maqazin

Səbinə də “Avroviziya” mahnımızı tənqid etdi

Sharing is caring!

2012-ci ildə Azərbaycanın ev sahibi olduğu “Avroviziya” mahnı müsabiqəsində dördüncü olan Səbinə Babayeva builki nümayəndə heyətini tənqid edib.

“XəbərAl.az” xəbər verir ki, Səbinə təmsilçimiz Samirə Əfəndinin ifasını instaqramda paylaşaraq “Mata Hari”nin düzgün seçim olmadığını bildirib:

“Baş verən müharibə və minlərlə şəhiddən sonra öz dilimizdə vətənpərvərlik ruhunda mahnı ifa edib 20-ci sırada olsaydıq, özümüzü qalib bilərdik. Xarici qadın “şpion”dan oxumaqdansa, Natəvan Xurşidbanu (Natəvan- XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı- red.) haqqında oxumaq yaxşıdır”.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir