Maqazin

“Türkiyəyə getmək üçün test verdim, virusa yoluxduğumu öyrəndim”

Sharing is caring!

Rəqqasə Rəna Ağamuradova (Renka) koronovirus tutmasından danışıb.

XəbərAl.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “MTV Azərbaycan”da qonaq olarkən deyib. O bildirib ki, xəstəliyə yoluxmasından xəbərsiz olub:

“Xəstəliyin heç bir simptomu məndə yox idi. Türkiyəyə getməli idim, bilet aldım. Test verdim və pozitiv çıxdı. Gedəsi olmadım, 8 gün müalicə aldım. İndi qrip də çoxlaıb. İnsanlar çaşdırıb. Çoxları analiz verməyə də qorxur. Böyüklərinizi qoruyun. Mən atamı qoruya bilmədim. Ürəyi zəif idi, iki dəfə infark olmuşdu. Onu sağalda bilmədilər.

Bir də qorxmaq lazım deyil. Qorxanda lap pis keçirisən. Hər yerin bağlanmasını, qaydaların sərtləşdirilməsini istəyirdim. Mənə də çox çətindir, ailə saxlayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir