manset

Gənc yazarlar AYB-dən üz döndərdi-Çəkişmə

Ölkə rəhbərliyi biz gənclərə hər zaman qayğısı, diqqəti ilə hər bir vətəndaşa örnəkdir.
Respublika rəhbərliyi hər sahəyə olduğu kimi, ədəbiyyat sahəsinə də diqqət ayırır. Amma görünür, ədəbiyyatın başbilənləri AYB-ni şəxsi mülk sayırlar.
Azərbaycan yazıçılar birliyindən narazılıqlar çox geniş vüsət alıb.
Birliyin katibləri kimisə birlikdən uzaqlaşdırır, kimisə sıxışdırır. Son günlər şair Elşad Baratı Çingiz Abdullayevin maşınlarından danışdığına görə birlikdən çıxardılar. Axı ora heç kimin atadan qalma mülkü deyil.
Fikir verin, gəncləri bir az həvəsləndirmək əvəzinə, çirkindirirlər. Gərək hansısa AYB rəsmisi, xalq şairi və ya məmurla tanış olasan ki, səninlə kimsə maraqlanıb birliyə yaza.
Düzdür, kimsə deyə bilər ki, “mən müraciət etməsəm, varlığımı hardan bilsinlər?”. Lakin regional bölmələr nəyə xidmət edir- mən, bircə, onu anlamıram. Mən, bir ildir, Şamaxı regional bölməsinin üzvüyəm. Bircə dəfə eşitmədim ki, rəsmilərdən kimsə bizim filiala gələ ki, bəs, ” görək, sizdə bir qələm adamı varmı ki, yazaq birliyə?”. Etməyiblər. Niyə? Ona görə ki, AYB-ni qocalar evinə çevirmək lazımdır axı…
Yeyilən pullardan, tapdalanan haqlardan şikayət etməkdən başqa əlac buraxmadılar…

Etirazlar var və artır. Şairlər Şahinə Könül, Aygün Sadiq, birlikdən qovulmuş şair Elşad Barat, şair Asim Sabiroğlu və sairə etiraza qalxanların ilkləridir. Hətta Prezident təqaüdçüsü Şahinə Könül birlikdən imtina etdiyi haqda öz facebook hesabında dəfələrlə yazıb…

Aygün Sadiq isə gördüyü davranışlardan narazı qalaraq şəxsi facebook hesabında yazdığı rəhbətlikdən şikayəti ilə bağlı yazısının 3 saytda özündən xəbərsiz dərc edilməsindən sonra həmin yazının naməlum səbəbdən hər üç saytdan silindiyini isbatlarla öz şəxsi sosial media hesabında açıqlayıb.

Mən də, öz növbəmdə, regional bölmənin sədrinə zəng çatmadığından xəbər göndərmişəm ki, məni regional bölmədən xaric etsinlər. Səbəb olaraq da ” etiraz edir” yazsınlar.
İndi xalqın gənc şairlərinə, yazarlarına səslənirik. Nə vaxtadək gənclər diqqətsizlikdən əziyyət çəkəcəklər? Nə vaxtadək TAPŞIRILMAYANLAR AYB-dən kənarda qalacaq?

Hazırladı: Gənc şair, AYB ŞİRVAN REGİONAL BİRLİYİnin keçmiş üzvü Asim Sabiroğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir