Mədəniyyət

Polad Bülbüloğlu Şuşada ayaqüstə dinlənildi – Video

Sharing is caring!

Bu gün Şuşa şəhərində, Cıdır düzündə baş tutan “Xarıbülbül” musiqi festivalında diqqətçəkən məqamlardan biri də Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun ifası olub. 

“XəbərAl.az” xəbər verir ki, milli geyimdə festival iştirakçılarının qarşısına çıxan sənətkar özünün bəstələdiyi “Azərbaycan” və “Şən Azərbaycan” mahnılarını səsləndirib.  

İfanın sonuna yaxın festival qonaqları Xalq artistini ayaqüstə alqışlayıblar. Polad Bülbüloğlunun ifası ilə “Xarıbülbül” musiqi festivalının ilk konsert günü başa çatıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir