Mədəniyyət

“Moşu” yubiley yaşında – VİDEO

Sharing is caring!

Bu gün Xalq artisti Valeh Kərimovun 80 yaşı tamam olur. 

Oxu.Az xatırladır ki, Valeh Kərimov 1944-cü il martın 20-də İranın Şərqi Azərbaycan ostanının Miyana şəhərində doğulub.

1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini Sumqayıt Teatrı ilə bağlayıb.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 1990-cı ildə “Azərbaycan SSR Əməkdar artisti” adına layiq görülüb. 

2000-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb, həmçinin Prezident mükafatı alıb. 

Valeh Kərimov 2015-ci ildən etibarən Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərir. 2020-ci ilin iyunun 4-də “Vaqif Səmədoğlu” medalı ilə təltif edilib.

2023-cü ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrında aktyor və quruluşçu rejissor kimi işə başlayıb.

Valeh Kərimov teatrda və kinoda çoxlu sayda maraqlı obrazlar yaratsa da, xalqın yadında “Bəxt üzüyü” filmindəki “Moşu” obrazı ilə daha çox qalıb, daha çox sevilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir