Mədəniyyət

“Laçın Şəhəri Günü” tədbirləri çərçivəsində “Dəli Domrul” tamaşası nümayiş etdirilib – FOTO

Sharing is caring!


Avqustun 26-da “Laçın Şəhəri Günü” tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisindəki əsas səhnədə Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən “Dəli Domrul” tamaşası təqdim edilib.

Tamaşa Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyes əsasında hazırlanıb.

Tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir.

Səhnə əsərində aktyorların məharətli çıxışı tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir