Mədəniyyət

“Asif, Vasif, Ağasif”in qəhrəmanları çəkildikləri filmi 40 ildən sonra uşaqlarla birlikdə izləyiblər – FOTO

Sharing is caring!


“Asif, Vasif, Ağasif”in qəhrəmanları çəkildikləri filmi 40 ildən sonra uşaqlarla birlikdə izləyiblər.

Bu barədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan ənənəvi “Kino həftəsi” layihəsi bu dəfə 2 avqust-Azərbaycan Kinosu Gününə həsr olunub. Layihə çərçivəsində milli kinomuzda özünəməxsus iz buraxan “Asif, Vasif, Ağasif” filmi nümayiş etdirilib. Tamaşaçılara milli kinomuzun yaranması və bu günün təsis olunması tarixi ilə bağlı məlumat verilib. Filmin əsas rollarında çəkilən-Asif rolunun ifaçısı Emil Pənahov və Ağasif rolunun ifaçısı Hökümə Cəlilova Mərkəzin qonağı olub. Qonaqlar filmin təqdimatından əvvəl tamaşaçılara çəkiliş meydançasında baş verən maraqlı hadisələrdən danışıblar. Hazırda fəaliyyətlərini fərqli sahədə davam etdirən filmin qəhrəmanları rejissor Rasim İsmayılovun 1983-cü ildə ekranlaşdırdığı əsərin kadrarxası məqamları ilə bağlı təəssüratlarını bölüşüblər. Sonra filmin qəhrəmanlarını canlandıran aktyorlar tamaşaçılarla birgə filmi izləyiblər.

Layihəyə sosial cəhətdən həssas əhali qruplarına aid 70 nəfərədək uşaq və yeniyetmə, onların valideynləri və qəyyumları cəlb olunublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir