Gündəm Mədəniyyət

“Audiokitab” dünyanın hər yerində yayımlanır.

Sharing is caring!

«Audiokitab»  yeni texnologiyalar vasitəsilə insanların klassik və müasir Azərbaycan və dünya yazıçıları və onların əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə dair fəaliyyət göstərən layihədir.

Nəzərinizə çatdırıram ki, ki, Azərbaycanda ilk dəfə həyata keçirilən,  dörd ilə yaxın bir vaxt ərzində ərsəyə gələn “Audiokitab” layhəsi çərçivəsində artıq 400-ə yaxın kitab peşəkar aktyorların ifasında səsləndirmişdir.  Artıq bir neçə gündür ki, “Audiokitab” dünyanın hər yerində yayımlanır.

XəbərAl.az bildirir ki, layihədə klassik və müasir Azərbaycan ədəbiyyat nümunələri, dərs vəsaitləri, elmi kitablar və mühazirələr, Azərbaycan nağılları, şifahi xalq yaradıcılığı və xarici ədəbiyyat nümunələri öz əksini tapmışdır.

Layihənin əsas məqsədlərindən biri milli ədəbiyyat nümunələrimizin,  tarixmizinölkəmizdə vəxaricdə yaşayan həmvətənlərimizə azərbaycan dilindəçatdırılması və mədəniyyətimizin təbliğ edilməsidir.

 

2018-ci il dekabr ayının 19-da saat 13:00-da Beynəlxalq Mətbuat Mərkəzində “Audiokitab” layihəsinin yaradıcıları ilə KİV-in görüşü keçirilmişdi. Görüşdə məqsəd yenicə yaranmış“Audiokitab”ın fəaliyyəti haqqında mətbuat işçilərinəətraflı məlumat çatdırmaq idi. Görüşəsnasında layihənin rəhbəri Əməkdar Mədəniyyət İşçsi Həsən Həsənov layihənin yaranması, məqsədi, əhatə dairəsi haqqında genişçıxış etmiş, çıxışında qeyd etmişdir ki, – “Layihənin əsas məqsədi maarifləndirmə, dünyada yaşayan soydaşlarımızın ədəbiyyatımız və tariximizlə daha yaxından tanış olmasıdır. Bu layihədə  kiçik yaşlı uşaqların, ümumitəhsil məktəblilərinin, eyni zamanda kitab oxumaq üçün vaxt azlığıını nəzərə alaraq, universitet tələbələrinin dünya ədəbiyyatı ilə vəöz ədəbiyyatımızdan bəhrələnmələri işimizin əsas hədəfidir.”

Həsən Həsənov layihə barədə geniş məlumat verdikdən sonra sözü AMEA-nı elmi işçisi professor İlham Həsənova verdi. İlham Həsənov “Audiokitabda” səsləndirdiyi Azərbaycan tarixi haqqındakı mühazirədən danışdı. Bu gün bu layihənin önəmliliyini qeyd etdi.

Həmçinin AYB-nin katibi İlqar Fəhmi də bu layihə haqqında öz maraqlı fikirlərini jurnalistlərlə bölüşdü. İlqar Fəhminqeyd etdi ki, -“Bu layihəölkəmizdə ilk audiokitab layihəsidir. Artıq dünyada yaşayan soydaşlarımızın öz ədəbiyyatımız və tariximizlə daha yaxından tanış olmaq imkanıəldə edəcəklər.”

Daha sonra “Safaroff proqramının təsisçisi”Çingiz Səfərov bu layihənin texniki tərəfləri haqında geniş məlumat verdi. O qeyd etdi ki, – “ilk dəfəölkəmizdə Audiokitaba tətbiq edilən bu proqram müəyyən çətinliklərə baxmayaraq 6 ay ərzində böyük zəhmətdən sonra ərsəyə gətirə bildik. Bu gün rahatlıqla soydaşlarımız İOS və PlayMarketdən bu proqramı yükləyib audiokitablara qulaq asa bilərlər.

Sonra layihənin yaradıcı heyətindən aktrisa Vüsalə Məmmədazadə, aktyor Əhliman Ərşadlı, redaktor Fərid Nəsibov “Audiokitab”dakı fəaliyyətləri haqında KİV nümayəndələrinə məlumat verdilər. Onlar da öz fikirlərində bu layihənin uğurlu olacağına inandıqlarını və dinləyicilərin  razı qalacaqlarını qeyd etdilər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir