Mədəniyyət

Nazirdən Fəxrəddin Manafovun teatrdan getmə xəbərinə reaksiya — Araşdırma aparılır + VİDEO

Sharing is caring!

Ötən gündən xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılması haqda rəsmi açıqlaması ciddi rezonans doğurub.

XəbərAl.Az “Real TV”yə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi məsələyə dərhal reaksiya verib və artıq araşdırılma aparıldığını bildirib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib ki, F.Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrında yaradıcılıq fəaliyyətini dayandırması barədə xəbər onlar üçün çox gözlənilməz olub.

Şöbə müdiri əlavə edib ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verib.

Məsələyə Rus Dram Teatrının direktoru Ədalət Hacıyev də münasibət bildirib və Fəxrəddin Manafovu yüksək dəyərləndirdiyini, onun bütün şərtlərinin yerinə yetiriləcəyini qeyd edib.

Mövzu ilə bağlı daha ətraflı süjeti təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir