Kriminal

Fədayə Laçına hökm oxundu

Sharing is caring!

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar – “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçmasına görə təqsirləndirilənlər – müğənni Fədayə Laçın, polkovnik Bəhruz Abdullayevin məhkəməsi keçirilib. 

XəbərAl.az-ın məlumatına görə, məhkəmə kollegiyasının hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri Tural Poladxanov və Fuad Hacıyevin hər biri 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il, Əli Ağami 20 il müddətinə azadlıqdan məhrum edilib.

Polkovnik Bəhruz Abdullayevin ittiham olunduğu mənimsəmə ittihamı üzrə ona bəraət verilib və rüşvət almaq maddəsi isə ittihamdan xaric olunub.


 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.