Kriminal

Tikinti maqinantı Hacı Məhərrəmin kürəkənini həbsdən qorumaq üçün planları – Video

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib. “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər də ölüb. Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Hacı Məhərrəm Ağayevin kürəkənidir. “Bağçalı Evlər” MTK  sahibi olan Hacı Məhərrəm Novruzov tikinti maqnatı kimi tanınır. Masazır qəsəbəsindəki “Qurtuluş” adlı böyük yaşayış şəhərciyi məhz ona məxsusdur. Bundan əlavə o, Novxanıda yerləşən “My Beach” istirahət mərkəzi və restoranının da sahibidir.

Xatırladaq ki, bir müddət əvvəl Hacı Məhərrəmin keçmiş şəriki, Lvov şəhərində yaşayan iş adamı Nazim Qəzənfərovla aralarında mübahisə yarananda da sözügedən məsələ gündəmə gəlmişdi. Şəriki Hacının ”Qurtuluş-93” Yaşayış Kompleksində “Oğru şəbəkə”si yaratdığını, gizli su və qaz satışından böyük miqdarda vəsait əldə etdiyini demişdi. Bundan başqa, Qəzənfərov Hacı Məhərrəmin tikdirdiyi binaları kooperativ kimi rəsmiləşdirərək, daxil olan vəsaitin 60 faizini tam mənimsədiyini qeyd etmişdi.

Bu qəza bir daha göstərdi ki, Hacı Məhərrəmin doğmalarından olan bəzi şəxslər də harın həyat tərzi sürüb. Son vaxtlar baş verən və bir çox insanların ölümü ilə nəticələnən yol qəzalarının tədqiqi göstərir ki, adətən bunu edənlər ya imkanlı şəxslər olur, ya da məmur övladları.

İstərdik, məmur və imkanlı şəxslərin doğmalarının törətdiyi və insan ölümü ilə nəticələnən bəzi qəzalara diqqət çəkək.

İllər əvvəl paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlum olub ki, “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, baş nazirin sabiq müavini Əli Həsənovun 1994-cü il təvəllüdlü nəvəsi  Nail Elman oğlu Allahverdiyev olub.  Həmin vaxt onun babası yüksək vəzifə tuturdu. O, cəzaya məhkum edilsə də, qısa müddət sonra azadlığa çıxdı.

Xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olmuş məmur övladının törətdiyi qəzadan da hamı xəbərdardı. Xalq artistinin ailəsinə ölüm gətirən bahalı “Mercedes-Benz G-55”in dəlisov sürücüsü Xalid Mədətov və onun məmur atası Mübariz Mədətov da cəzasız qalmadı. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsindən azad edildi. Məmur oğlunun özü isə həbs edilsə də, qısa müddət sonra azadlığa qovuşdu.

Sabirabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Nazim İsmayılovun kiçik oğlu da qəza törətməklə mətbuat səhifələrinə düşüb. Hadisə Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki “VAZ 2106” markalı “Jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayib. Qəzanı törədən zaman onun atası icra başçısı işləyirdi.

İllər əvvəl Quba bələdiyyəsi sədrinin oğlu da Qubada qəza törətmişdi. Qəza Bakı-Quba yolunun 167-ci kilometirliyində, Quba şəhərində baş vermişdi. 26 yaşlı Bəhram Elxan oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla 45 yaşlı şəhər sakini İmran Vaqif oğlu Əliyevi vurmuş, piyada aldığı xəsarətlərdən hadisə yerində keçinmişdi. Hadisə şahidlərinin verdiyi məlumata görə, yüksək sürətlə idarə olunan “Mercedes” piyadanı vurduqdan sonra yol kənarında olan evlərdən birinin hasarına dəyib, daha sonra yol kənarına keçərək iki mağazaya da ciddi ziyan yetirmiş, sürücü xəsrət aldığından, onu rayon xəstəxanasına aparmışdılar.

Məmur övladlarının “şıltaqlıqları” haqda mətbuatda çox yazılıb və bununla bağlı çoxsaylı faktlar mövcuddur. Hətta iş o yerə gəlib çatdı ki, ölkə başçısı keçirdiyi müşavirədə bu məsələnin üzərində xüsusi dayandı və belə hallara yol verən məmurlara və onların övladlarına sərt xəbərdarlıq etdi.

Ağdam rayonu ərazisində də vəzifəli şəxsin övladının iştirakı ilə avtoxuliqanlıq hadisəsi qeydə alınıb. “Dövlətqaçqınkom”un Ağdam şöbəsinin müdiri Qabil İbadovun oğlu yol qəzası törədib. Onun idarə etdiyi “Mersedes” markalı maşın “KamAZ”-la toqquşub. Ötmə zamanı baş verən hadisədə günahın məmur oğlunda olduğu bildirilir. Hətta bunu özünün Facebook profilində də qeyd edən həmin gənc təsdiq edib ki, hadisə avtoxuliqanlıq etdiyi zaman reallaşıb və günah da özündə olub. Qolundan və bir neçə yerindən zədə alan məmur övladınən bunları boynuna almasına rəğmən, atası Qabil İbadov bütün günahı “KamAZ”-ın sürücüsünün üzərinə yıxmağa çalışıb.

Bütün bu faktlar sübut edir ki, məmur  və bəzi imkanlı şəxslərin yaxınları bahalı maşınların sükanı arxasında özlərini arxayın və toxunulmaz sayır. Hətta spirtli içki qəbul edərək avtomobil idarə etməkdən belə çəkinmirlər. Bunun bədəlini isə sadə vətəndaşlar ödəməli olur. Elə Hacı Məhərrəmin yaxınının törətdiyi qəzadakı kimi: o sağ qaldı, ancaq əvəzində 4 günahsız insanın canını aldı.

Xəbəral.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.
Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kərbalayevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.
Daha sonra E.Kərbalayev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.
Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir