Kriminal

“1xBet“ bukmeyker kontorunun qanunsuzluğuna dur deyən olacaq?

Sharing is caring!

Azərbaycanda son illər internet üzərindən gizli, qanunsuz mərc oyunları həyata keçirən şirkətlərin sayı artmaqdadır. Qeydiyyat ünvanı Virjin və ya Karib adaları olan yüksək əmsal və tez çıxarış vəd edən bu cür kontorlar qanunsuz olaraq müxtəlif yollarla Azərbaycan ərazisində fəaliyyət göstərirlər.

Belə şirkətlərdən biri də “1xBet” bukmeyker kontorudur.

“1xBet” bukmeyker şirkətinin ölkəmizdə açıq şəkildə qanunsuz fəaliyyət göstərməsinə baxmayaraq, aidiyyatı qurumlar şirkətin əməlləri barədə heç bir müvafiq addım atmır. AzFakt.com-a daxil olan məlumata görə “1xBet” bukmeyker şirkətinin qanunsuz olaraq ölkədə fəaliyyət göstərməsinin səbəbi yüksək vəzifəli məmurlardan birinin himayəsi altında fəaliyyət göstərməsi ilə bağlıdır.

Bildirək ki, Azərbaycanda yeganə rəsmi bukmeyker “Topaz” şirkətidir.

Ancaq son illər ölkədə gizli fəaliyyət göstərən “1xBet” və digər xarici bukmeyker kontorları “Topaz” şirkətinə ciddi rəqib olublar.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 401.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə üç min manatdan dörd min manatadək məbləğdə cərimə tətbiq olunur. Həmçinin bu əməllər 50 min manatdan artıq ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və azadlıqdan mərhum etmə cəzası nəzərdə tutulur.

“1xBet”-in qanunsuz fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir