Kriminal

Göyçayda körpə doğuşdan sonra ölüb

Göyçayda doğuşdan sonra uşaq ölüb.

XəbərAl.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, hadisə rayonun Şahsoltanlı kəndində baş verib. İki gün əvvəl doğuş üçün Qaraməryəm qəsəbə xəstəxanasına müraciət edən, Göyçayın Şahsoltanlı kənd sakini Tünzalə Quliyeva oğlan uşağı dünyaya gətirib. Doğuşdan bir qədər sonra uşağın vəziyyəti ağırlaşdığından onu Göyçay rayon mərkəzi xəstəxanasına çatdırıblar. Bu gün körpə xəstəxanada ölüb.

Qeyd edək ki, bu, ananın 3 cü hamiləliyi olub.