Kriminal

Qayınata kürəkənini söydü: Bir gün sonra maşınını yandırdı, həbs edildi

Sharing is caring!

Gəncədə qayınatasının avtomobilinin üzərinə benzin tökərək yandıran şəxs həbs edilib.

“Qaynarinfo”nun məlumatına görə, hadisə 14 mart tarixində şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

1988-ci ildə Daşkəsən rayonunun Çanaxçı kəndində anadan olmuş Cavid Ələsgərov (ad-soyad şərti) 1968-ci il təvəllüdlü qayınatası F.Ələsgərovun VAZ markalı maşınını yandırıb. Cavid Ələsgərov saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib.

Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, qayınatası ilə mübahisəsinin səbəbi mənzil qeydiyyatı ilə bağlı olub. Qayınatası ona qarşı ailəsinin yanında nalayiq ifadələr işlədib, bu ona pis təsir edib, bir gün cavab verməyib, əsəblərini cilovlamaq qərarına gəlib. Lakin hirsi soyumayıb və acığını qayınatasının avtomobilindən çıxıb. Cavid Ələsgərov əməlindən peşman olduğunu bildirib və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

Məhkəmənin qərarı ilə Cavid Ələsgərov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 10 gün müddətində inzibati tənbeh növündə həbs edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir