Kriminal

İstirahət mərkəzində iş yoldaşının dostunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

Sharing is caring!


Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Emin Dadaşovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü Emin Dadaşov 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub və Emin Dadaşov dərhal məhkəmə iclas zalında həbs edilib, Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

İttihama görə, hadisə 20 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birinin ərazisində giriş qapısında yerləşən postun yanında qeydə alınıb.

Belə ki, Emin Dadaşov iş yoldaşı Samir və onun dostu, zərərçəkmiş Taryel Əsədovla (soyadı şərti) mübahisə edib. Bu zaman onlar bir-birilərinə zərbələr vurub dalaşarkən təqsirləndirilən şəxs özünü təhqir edilmiş hesab edib. Sonra o, üzərində olan kəsici-deşici əşya ilə Taryelin kürək nahiyəsinə bir dəfə vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Emin Dadaşov cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir