Kriminal

Avtomobilin şüşəsini sındıraraq pul kisəsini oğurladı – FOTO + ANBAAN VİDEO

Sharing is caring!


Sumqayıtda avtomobildən pul kisəsi oğurlanıb.

Baku.ws xəbər verir ki, hadisə fevralın 27-si gecə saat 3 radələrində, şəhərin Kotec qəsəbəsi adlanan ərazisində, ev 26 ünvanında qeydə alınıb.

Naməlum şəxs avtomobilin ön şüşəsini qıraraq içəridə olan pul kisəsini götürüb və oradan uzaqlaşıb. Baş verənlər ərazidəki təhlükəsizlik kamerasına anbaan əks olunub.

Zərərçəkmişin sözlərinə görə, pul kisəsində 1500 manat pul olub.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə məlumat verilib.

Oğurluq anının görüntülərini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir