Kriminal

Vətəndaşlara üç milyon manatdan çox ziyan vurmaqda ittiham olunan şəxslər saxlanılıblar – VİDEO

Sharing is caring!


Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara üç milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Könül Müzəffərova saxlanılıb. O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55 000 (əlli beş min) manat pulunu ələ keçirib.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Ceyhun Əsgərov saxlanılıb.

O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib və beləliklə zərərçəkmişlərə ümumilikdə 3 000 000 (üç milyon) manatdan artıq zərər vurub.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir