Kriminal

Bərdə və Sumqayıtda avtomobillər qaçırılıb

Sharing is caring!


Bərdədə və Sumqayıtda nəqliyyat vasitələri qaçırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bərdə şəhərində avtoyuma məntəqələrinin birindən VAZ-2115 markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Məhəbbət Zeynalov Alaçadırlı kəndi ərazisində avtomobillə saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə fevralın 9-da gecə saatlarında 11-ci mikrorayon ərazisindən VAZ-2107 markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə avtomobillə Hacı Zeynalabdin qəsəbəsi ərazisində saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir