Kriminal

Neftçalada oğurluq edən şəxs saxlanılıb – FOTO

Sharing is caring!


Neftçalada oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən və hazırda fəaliyyət göstərməyən ticarət mərkəzinin binasından oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Elmar Əsgərov saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməllərini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, E.Əsgərov yanvar ayı ərzində qeyd olunan obyektə bir neçə dəfə qanunsuz daxil olaraq oradan iki ədəd seyf, bir ədəd transformator, beş ədəd dəmir barmaqlıqlar və digər əşyaları oğurlamaqla zərərçəkmişə ümumilikdə 7000 manata yaxın maddi ziyan vurub. 

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir