Kriminal

Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb – VİDEO

Sharing is caring!


Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Avaran qışlaq kənd sakin Emin Vəlixanov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan bağ massivlərindən bağçılıq təsərrüfatında istifadə edilən müxtəlif avadanlıqlar oğurlaması müəyyən edilib.

O, ümumilikdə zərərçəkmişlərə 4 136 manatdan çox zərər vurub.

Faktlarla bağlı Qusar RPŞ-də Emin Vəlixanovun barəsində cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir