Kriminal

Qubada saxlanılan Sumqayıt sakinlərindən bir kiloqram narkotik aşkarlanıb

Sharing is caring!


Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən iki nəfər saxlanılıb.

Onlar əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri İsmət Süleymanov və Vüsal Məstiyevdir.

Həmin şəxslər qrup şəklində Quba rayonuna əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 1 kiloqramdan artıq narkotik vasitəni aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir