Kriminal

Bakıda avtomobildən 20 min manata yaxın pul oğurlanıb

Sharing is caring!


Dekabrın 1-də Hövsan qəsəbəsi ərazisində “Mercedes-Benz” markalı avtomobildən 16 000 manat və 2 000 ABŞ dolları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə ilə bağlı polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif üsul və vasitələrlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 1994-cü il təvəllüdlü E.Miriyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir