Kriminal

Hacıqabulda kabel oğurlayan şəxs saxlanılıb

Sharing is caring!


Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxsin qohumunun evindən də oğurluq etdiyi məlum olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif küçələrdə olan rabitə dirəklərindən ümumilikdə 310 metr TPP tipli kabel oğurlayaraq dövlət müəssisəsinə 1045 manat maddi ziyan vuran rayon sakini Elşad İbrahimov saxlanılıb.

İlkin dindirilmə zamanı E.İbrahimov törətdiyi oğurluq faktını etiraf edib. Onun ətrafında aparılan istintaq hərəkətləri zamanı sonuncunun rayon ərazisində yerləşən və qohumuna məxsus olan evdən məişət əşyaları və avadanlıqları oğurladığı və zərərçəkmişə 2 000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.

E.İbrahimov tərəfindən oğurlanmış kabellər, eləcə də əşya və avadanlıqlar polis əməkdaşları tərəfindən onun yaşadığı evdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir