Kriminal

Bakıda qəribə hadisə: Rəhbərliyə xəbərçilik edən iş yoldaşını bıçaqladı

Sharing is caring!


Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yerləşən daş karxanasında bıçaqlanma hadisəsi törətmiş şəxsə hökm oxunub.

Publika.az xəbər verir ki, karxanada işləyən Misir adlı şəxsə bıçaqla xəsarət yetirmiş iş yoldaşı, 1996-cı il təvəllüdlü Aslan Xasıyev (soyad şərtidir – red.) Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü (sağlamlığa ağır zərər vurma və xuliqanlıq) maddələri ilə məsuliyyətə cəlb edilib.

Belə ki, hadisədən əvvəl Aslan işdə spirtli içki qəbul edib. Bundan az sonra iş yerinin rəhbərliyi onu çağıraraq işdə spirtli içki qəbul etməyin yolverilməz olması barədə xəbərdarlıq edib. Aslan iş yoldaşı Misirin onun barəsində rəhbərliyə məlumat verməsini düşünüb və onunla mübahisə edib.

Mübahisə zəminində 27 yaşlı şəxs iş yoldaşına bıçaqla xəsarətlər yetirib. Xoşbəxtlikdən Misirin həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses noyabrın 11-də bitib. Məhkəmə Aslana xuliqanlıq maddəsi üzrə bəraət verib. Amma o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir