Kriminal

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU

Sharing is caring!


Bakıda arvadını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Zöhrab Quliyevə hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Z.Quliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı təqsiləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin qısqanclıq zəminində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanı qətlə yetirməsi barədə əsaslı şübhələr müəyyən edilib.

Z.Quliyev polisə könüllü təslim olub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir