Kriminal

Müdafiə Nazirliyinin sabiq idarə rəisinin məhkəməsində şahid ifadə verib

Sharing is caring!


Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan mənzil-istismar idarəsinin sabiq rəisi Mahir Şirvanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasa 1 nəfər şahid gəlib.

Zaman Əsədov təqsirləndirilən şəxsin sürücüsü işləyib. Şahidin sözlərinə görə, Hərbi Kənd Təsərrüfatı Birliyinin rəisi Zahir Tağıyevin göndərdiyi bağlamaları M.Şirvanova çatdırıb: “Zahir Tağıyevin göndərdiyi bağlamaları gətirib nazirliyə təhvil verirdim. Əsasən bayramlarda, ad günlərində filan belə hallar olurdu. Xüsusən mer-meyvə olurdu. Şirvanovdan əvvəl də Məlikməmməd Qurbanova bağlamalar göndərilirdi”.

Şahid istintaq dövründə verdiyi ifadəsində hədiyyə kimi göndərilən bağlamaları şəxsən M.Şirvanova verdiyini deyib. 

Proses noyabrın 24-ü davam etdiriləcək. 

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. 

İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir