Kriminal

Bərdədə təbiət abidəsi kimi qeydiyyatda olan ağac kəsilib, cinayət işi başlanıb

Sharing is caring!


Təbiət abidəsi kimi qeydiyyatda olan ağacın qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bərdə rayonu ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Araşdırmalar zamanı rayonun Türkmən kəndi ərazisində təbiət abidəsi kimi qeydiyyatda olan bir ədəd Şərq çinarı cinsinə məxsus ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 12 min 900 manat məbləğində maddi ziyan vurulması müəyyən edilib.

Faktla bağlı Baş prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir