Kriminal

Məhkumun Gəncədə gizlətdiyi avtomat tapılıb

Sharing is caring!


Gəncədə məhkuma məxsus “Kalaşnikov” markalı avtomat tapılıb.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməliyyat aparatı və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

Əməliyyat-axtarış tədbiri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd “Kalaşnikov” markalı avtomat Gəncə şəhərinə girişdə yolun kənarında aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir