Kriminal

Piyadanı bıçaqlayan sürücü: “Onunla qardaşım arvadı arasında sevgi münasibətləri vardı”

Sharing is caring!


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Füzulidə qohumunu öldürməyə cəhddə təqsirləndirilən Müşfiq Əsədovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, 2021-ci il oktyabrın 12-si saat 18 radələrində Füzuli rayonu ərazisində 1994-cü il təvəllüdlü Ceyhun Quliyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla rayon sakini, 1988-ci il təvəllüdlü Müşfiq Əsədovun mübahisə etdiyi Ceyhun Quliyevin üzərinə avtomobil sürərək sonuncunu vurması, daha sonra bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşib. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Müşfiq Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Məhkəmə istintaqında Müşfiq Əsədov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ceyhun Quliyevi həmkəndlisi kimi tanıyıb, onunla qohumluq münasibəti olub. Qardaşı arvadı ilə Ceyhun arasında sevgi münasibətlərinin olduğunu eşidib. Hadisəyə səbəb də bu olub.

Xatırladaq ki, Müşfiq Əsədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir