Kriminal

Culfada evdən altı min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Sharing is caring!


Avqustun 2-də Culfa şəhərindəki evlərin birindən altı min manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakinləri Azər Səfərov, Vasif Həşimov və Kamran Əliyev müəyyən olunaraq saxlanılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir