Kriminal

Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Sharing is caring!


Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir qadının çantasından 327 manat pul və bank kartını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini, bir ay əvvəl törətdiyi oğurluq faktına görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Şahid Əliyev olduğu müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir