Kriminal

Bakıda iki avtomobil toqquşdu: Ölən var

Sharing is caring!


Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Hövsan yolunda qeydə alınıb.

İdarəetməni itirən “BMW” markalı avtomobilin sürücüsü minik vasitəsini “Mitsubishi” markalı avtomobilə çırpıb.

Qəza nəticəsində “BMW” markalı avtomobildə olan qadın sərnişin həyatını itirib. Minik avtomobilinin sürücüsü isə ağır vəziyyətə təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir