Kriminal

Ağstafada iki bələdiyyə sədri cərimələnib

Sharing is caring!


Ağstafada ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Araşdırmalar zamanı ikisi bələdiyyə sədri olmaqla ümumilikdə 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə tələblərini pozduqlarına görə həmin əraziləri barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Sözügedən ərazilər təmizlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir