Kriminal

Sumqayıt və Samur-Abşeron su kanalında ətraf mühiti çirkləndirən şəxslər cərimələniblər – FOTO/VİDEO

Sharing is caring!


Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tədbir keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı şəhərin “Yaşıl dərə” yaşayış massivində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları polis əməkdaşları tərəfindən aşkar olunub.

Həmçinin, Samur-Abşeron su kanalını məişət tullantıları və çirkab suları ilə çirkləndirən şəxslər də inzibati məsuliyyətə cəlb ediliblər. Sumqayıt şəhərinin qeyd edilən ərazisində keçirilən tədbir zamanı ümumilikdə 15 fiziki və vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 244-cü (torpaqların zibillənməsi və korlanması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 266.4-cü (tutumların (urnaların) yerləşdirilməsi zamanı məsafənin nəzərə alınmaması) maddələrinin tələblərinə uyğun olaraq cərimə edilib.

Qeyd edək ki, sənaye və məişət tullantılarının qalaqlanması, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması hallarına qarşı polis əməkdaşları tərəfindən son günlər respublikanın hər bir bölgəsində bu cür tədbirlər keçirilir. DİN-dən bildirilib ki, bu iş mövsümi və kampaniya xarakteri daşımır. Sadalanan neqativ halların qarşısının alınması və ölkəmizdə mövcud olan ekoloji təhlükəsizlik mühitinin qorunması məqsədi ilə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir