Kriminal

“Günəşli” sanatoriyasında cinayət: Oynamağa getdi, pulları oğurlandı

Sharing is caring!


Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasının konsert zalında oğurluq olub.

Qaynarinfo.az-ın məlumatına görə, Narçiçək Həmzəyeva Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasında müalicə almağa gedib.

Həmin vaxt sanatoriyanın zalında konsert keçirilib. Konsert zamanı içərisində 800 manat pulu, mobil telefonu və özünə məxsus sənədləri olan pulqabısını oturduğu masanın üzərində qoyaraq, oynamağa gedib. Oynadıqdan sonra həmin binanın 1-ci mərtəbəsinə düşüb bir qədər sonra geri qayıdıb.

Daha sonra sanatoriyanın həyətinə düşüb çay içərkən pulqabısının açıq olduğunu görüb. Baxan zaman pul kisəsindəki 800 manatın olmadığını bilib. Bu barədə polisə müraciət edib. Polislər müvafiq araşdırma aparsalar da, həmin yerdə müşahidə kameraları olmadığı üçün oğurluq edən şəxsi tapa bilməyiblər.

Narçiçək Həmzəyeva pulqabısında 800 manat puldan başqa özünə məxsus sənədləri və mobil telefonu olsa da, puldan başqa heç nəyin oğurlanmadığını deyib.

Polisin keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1987-ci il təvəllüdlü Bakı şəhər sakini Elvin adlı şəxs saxlanılıb. Aparılan araşdırma zamanı onun başqa yerlərdən də külli miqdarda oğurluq etməsi məlum olub. Amma təqsirləndirilən şəxs “Günəşli” sanatoriyasının konsert zalında oğurluq etmədiyini bildirib.

Məhkəmə Elvinin “Günəşli” sanatoriyasında Narçiçək Həmzəyevanın 800 manatını oğurlamasına dair epizod sübut olunmadığından, Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir