Kriminal

Saatlıda 18 yaşlı oğlan xalasının ərini bıçaqla qətlə yetirib – YENİLƏNİB

Sharing is caring!


Saatlıda 18 yaşlı oğlan xalasının ərini öldürüb.

APA-nın məlumatına görə, hadisə gecə saatlarında Saatlı şəhərində baş verib. Saatlı şəhər sakini, 2005-ci il təvəllüdlü Nərimanzadə Kənan Ehtiram oğlu münaqişə zəminində xalasının əri, şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayılov Elşad Tofiq oğlunu bıçaqla qətlə yetirib.

Qətli törədən şəxs saxıanılıb.

Faktla bağlı Saatlı prokuroluğunda cinayət işi açılıb.

09:33

Saatlı şəhərində 45 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Saatlı rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, 4 iyun saat 01 radələrində 1978-ci il təvəllüdlü Elşad İsmayılovun Saatlı şəhərində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin aralarında yaranmış mübahisə zamanı Elşad İsmayılova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir