Kriminal

Sabunçuda parkda bıçaqlanma olub

Sharing is caring!


Bakı sakinini parkda bıçaqlayan şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 31-də Sabunçu qəsəbə sakini Yusif Novruzovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 21 radələrində qəsəbə ərazisində yerləşən parkda Qəbələ rayon sakini Əli Rəsulovun münaqişə zəminində Y.Novruzova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir