Kriminal

“Bandotdel” Sabirabadda əməliyyat keçirib: Saxlanılan var – FOTO/VİDEO

Sharing is caring!


Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”in) əməkdaşları tərəfindən Sabirabad rayonunda əməliyyat keçirilib.

DİN-dən verilən məlumata görə, tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Şakir Abdullayev saxlanılıb. Onun üzərinə və rayon ərazisində yaşadığı evə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, iki ədəd həmin tapançaya məxsus sandıqça, bir ədəd “TOZ-8” modelli tüfəng və ümumilikdə 138 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir