Kriminal

Azərbaycanda 10-cu sinifdə oxuyan oğlan məktəbli qızı qaçırtdı

Sharing is caring!


Tərtərdə 9-cu sinif şagirdi qız qaçırılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə kənd məktəblərindən birində qeydə alınıb.

Belə ki, 10-cu sinif şagirdi olan oğlan 9-cu sinifdə təhsil alan qızı evlənmək üçün qaçırıb.

Faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib.

Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazırda faktla bağlı araşdırma aparılır:

“Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. İstintaq tərəfindən araşdırma aparılır. Oğlanla qız arasında iki yaş fərq var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma gedir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir