Kriminal

Bakıda polislərin üzərinə maşın sürən, narkotiklə tutulan “Prius” sürücüsü ilə bağlı qərar – VİDEO

Sharing is caring!


Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Oxu.Az xəbər verir ki, məlumatda deyilir:

“Aprelin 28-də saat 08 radələrində Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, idarə etdiyi avtomobillə xidməti vəzifələrini yerinə yetirən polis işçilərinə tabesizlik göstərən şəxs saxlanılıb.

Əməliyyat məlumatı əsasında əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun üzərində və idarə etdiyi avtomobilində axtarış aparılan zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Aparılmış araşdırmalarla R.Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.

Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir