Kriminal

Narkotik satışı ilə öyünən idmançı necə öldürüldü? – VİDEO

Sharing is caring!


Hövsan qəsəbəsində yaşayan İkram (şərti ad) narkotik ticarəti ilə məşğul olmaqla, insanları zəhərləməklə pul qazanır.

Cinayət işinin materiallarında qeyd olunur ki, o, bir vaxtlar peşəkar idmanla məşğul olur, daha sonra isə tamamilə öz peşəsindən uzaqlaşır.

İkram Fərmanoğlu narkotik vasitələri Hövsan qəsəbəsində azyaşlı uşaqlara və narkotik tələbatı olanlara satırdı. Satışı adətən qəsəbənin gözdən uzaq olan xarabalıq ərazilərində həyata keçirirdi.

Günorta saatlarında Hövsan qəsəbəsində “Köhnə bazar” adlanan yerdə İkram qəsəbə sakini kimi tanıdığı Xamisi (şərti ad) görür. Onu əsəbi halda yanına çağırır. Xamis nə baş verdiyini anlamadan çox da tanımadığı İkrama yaxınlaşır. İkram onu qəsəbədə narkotik maddə satanlara və satdıranlara nalayiq söyüşlər söydüyünə görə təhqir edir və axşam marketin qarşısında söhbətə çağırır.

Qorxuya düşən Xamis həm dostu, həm də qonşusu olan bir nəfərə zəng edir. İkram axşama doğru marketin qarşısına gəlir. Bir az sonra Xamisin iki dostu ilə gəldiyini görür. İkram onun dostlarını tanıdığı üçün əlavə reaksiya vermir.

Xamisin dostları bu məsələni mübahisəsiz həll etmək istəsələr də, İkram Xamisə bildirir ki, onunla söhbət etməyə haqqı çatmır. Xamis isə bir daha onun üzünə deyir ki, sən narkomansan və narkotik sataraq insanları zəhərləyirsən.

Bundan sonra mübahisə böyüyür və Xamis belində gizlətdiyi bıçaqla ard-arda zərbələr vuraraq İkramı qətlə yetirir.

Baku TV-nin mövzu ilə bağlı süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir