Kriminal

65 yaşlı şəxsin telefonunu aldı, daşla sifətinə vurdu

Sharing is caring!

Yanvarın 19-da saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən parkda bir nəfərin Bakı şəhər sakini, 65 yaşlı N.Feyziyevin mobil telefonunu quldurluq yolu ilə talaması, geri istədikdə isə həmin şəxsin daşla onun sifətinə vurması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, N.Feyziyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Vüqar Pirməmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir