Kriminal

Əslən Laçınlı keçmiş hərbiçi Nurlan Orucov atdığı haram pullarla “Tiktok” da oyunçu xanımlara bahalı hədiyyələr göndərirmiş – ŞOK VİDEO

Sharing is caring!

Xəbəral.az – ın ötən saylarında sizlərə öz qohumlarına küllü miqdar da pul atan, əslən Laçınlı, keçmiş hərbiçi “dələduz” Nurlan Orucov haqqında geniş məlumat vermişdik.

Belə ki,əslən Laçın rayonun Malıbəy,Cağazür kəndindən olan, keçmiş hərbiçi Orucov Nurlan Ramiz oğlu, işə düzəltmək adı ilə öz yaxın qohumlarına xeyli məbləğ də pul ataraq qaçıb gizlənib. Verdiyi vədlərə əməl etməyən “Dələduz qəhrəman” aldadıb pul aldığı adamların əlindən çıxış yolunu telefonu söndürüb gizlənmək də görüb.

Nurlan Orucov

Nurlanın “dələduz” kimi özəlliyi pul atdığı adamların əksəriyyəti xanımlardır

Zərərçəkmişin saytımıza verdiyi məlumata görə, öz həmkəndlisini Nurlan Orucovla təsadüfən tanış edib, bu tanışlıqdan sonra, həmin adamdan işə düzəltmək adı ilə 25000 manat pul alıb və bir müddət sonra yoxa çıxıb. İndi də dələduzu tapmaq çətin olduğundan, tanış edən adam qalıb pis vəziyyətdə. Hansı ki, Nurlanla, tanış etdiyi adamın hansı iş birliyi quracağından və sonda ona pul atmağından, tanış edənin heç bir xəbəri olmayıb.

Guya ki, Nurlan qohumunu, öz köhnə işlədiyi yerə Milli Qvardiya işə düzəldəcəkmiş.

Deyilənə görə, Nurlan Orucov əvvəllər Milli Qvardiya da, N saylı hərbi hissə də çalışıb. Məhz onun bu cür xoşagəlməz hərəkətlərinə görə işdən qovulub.

Xəbəral.az – a verilən məlumat da bildirilir ki, Nurlan Orucov qohumlarından işə düzəltmək adı ilə aldığı pulları “Tiktok” sosial şəbəkəsində yarışmalar zamanı tanış olduğu xanım dostlarına xərcləyib. Məlum olur ki, “Tiktok” da yarış zamanı göndərilən hədiyyələrin qiyməyi 1500-2000 manatdır.

Atdığı haram pullarla, özünə bahalı həyat quran Nurlan Orucov yaşamaq yolunu milləti aldadmaqla qurub.

Deyilənə görə, “Tiktok” sosial şəbəkəsindən göndərdiyi pulların hesabına, ovladığı “ceyranlar” la əxlaqsız həyat tərzi keçirirmiş.

Beləliklə neçə-neçə kasıb ailənin gözlərini yaşlı qoyan Nurlan sonda da öz nüfuzunu itirərək qaçıb gizlənib

Xəbəral.az– ın ilk yazısından sonra, daha bir nəfər şəxs redaksiyamıza zəng edərək, Nurlan Orucovun ona da yüksək məbləğ də pul atdığını söyləyib.

Bu haqda daha ətraflı Xəbəral.az-ın növbəti sayında…

Şikayətçilər, Xəbəral.az vasitəsi ilə, hüquq mühafizə orqanlarına müraciət edərək, Nurlanın tapılıb aldığı pulları geri qaytarmasında onlara yaxından köməklik göstərilməsini xahiş etdilər.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir