İqtisadiyyat

“Tosoil” YDM-də sürücülərin ciblərinə girirlər -RÜSVAYÇILIQ

Sharing is caring!

Faktdır ki, ölkəmizdə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində baş verən firıldaq əməlləri ilə bağlı, bugünə kimi əksər media qurumlarında tənqidi məqalələr yayımlanıb, problemlərin mahiyyəti ictimailəşdirilib, baş verənlər tam əksəriyyətin diqqətinə çatdırılıb, sürücülərin haqlı narazılıqları, sanki “pik nöqtə” qədər yüksəlib. Yəni, sürücülər benzin alarkən olmazın olaylarla üz-üzə qalırlar ki, belə bir halın varlığı da, məhz kütləvi narazılıq hissinin baş alıb getməsində əsas rol oynayır. Bütün bunlara baxmayaraq, hələ də yanacaqdoldurma məntəqələrinin sahibləri fırıldaq əməllərindən əl çəkmirlər, əksinə bu yöndə fəaliyyətini daha peşəkarcasına, daha ustalıqla həyata keçirməkdə davam edirlər. Bu sırada “Tosoil” yanacaqdoldurma məntəqəsinin adı daha öndə gedir ki, bu da olduqca usandırıcı halın varlığından xəbər verir. Məsələn, Muradov Sakit Şirin oğlu adlı şəxs redaksiyamıza təqdim etdiyi müraciətində qeyd edir: “Mənim şəxsi istifadəmdə “LADA” (VAZ)-2115 markalı nəqliyyat vasitəsi var. 06 dekabr 2021-ci il tarixdə Abşeron rayonunun Hökməli qəsəbəsində fəaliyyət göstərən “Tosoil” yanacaqdoldurma məntəqəsindən benzin vurmaq qərarına gəldim. Qeyd edim ki, həmin vaxt idarə etdiyim nəqliyyat vasitəsinin benzin çənində təqribən 7-8 litr benzin var idi və standarta uyğun olaraq bu nəqliyyat vasitəsinin çəni 43 litr benzin tutur. Elə ki, “Tosoil” yanacaqdoldurma məntəqəsinə daxil oldum və məntəqədə çalışan operatora benzin vurmasını xahiş etdim. O halda o, bir neçə dəqiqədən sonra “Müəllim, 46,5 litr benzin vuruldu, gedə bilərsiniz” dedikdə, sanki şoka düşdüm. Çünki, bir daha demək istəyirəm ki, benzin vurulmazdan öncə idarə etdiyim nəqliyyat vasitəsinin çənində təqribən 7-8 litr benzin var idi və bu nəqliyyat vasitəsinin çəni cəmi 43 litr benzin tutur. Belə olan halda ortaya düşündürücü sual çıxır ki, görəsən bu yanacaqdoldurma məntəqəsində çalışan operator əlavə vurduğu 3,5 litr və şəxsi istifadəmdə olan nəqliyyat vasitəsinin çənindəki 7-8 litr benzini hara qeybə çəkir? Elə ki, belə bir problemlə bağlı aramızada mübahisəmiz əmələ gəldi, o halda operator “Təqribən 10,5-11,5 litr benzin havaya uçub” dedikdə, yenidən şoka düşdüm. Axı, necə ola bilər ki, beş-on dəqiqə ərzində bu qədər benzin havaya uçsun?

Üz-üzə qaldığım bu cür olaydan sonra belə bir qənaətə gəldim ki, bəlkə də ölkəmizdə elə bir sürücü tapılmaz ki, həmin şəxs “Tosoil” yanacaqdoldurma məntəqəsində verilən yanacağın keyfiyyətindən, yanacağın nəqliyyat vasitələrinin benzin çəninə fərqli, yəni az vurulmasından narazılıq etməsinlər. Qeyd edim ki, indiyə kimi bu yanacaqdoldurma məntəqəsində yanacağın az vurulması ilə bağlı bir çox sürücülərin giley-güzarlarını, haqlı narazılıqlarını və s. eşitmişəm və özüm də bunun canlı şahidiyəm. Təəssüf doğuran hal odur ki, bu YDM-da çalışanlar qol qoyduqları iyrənclikləri heç cür etiraf etmək istəmirlər və hər zaman özlərini “sudan quru çıxarmağa çalışırlar”. Unutmaq olmaz ki, hal-hazırda belə bir problemin varlığı getdikcə kəskinləşir, sürücülərin haqlı narazılıqları “pik nöqtə”yə yüksəlməkdə davam edir. Ona görə də, aidiyyatı dövlət qurumları təcili bu cür çirkin oyunların qarşısını almalıdırlar. Yoxsa, fəlakət baş verəcək!!! //Xeberfakt.az//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir