İqtisadiyyat

SOCAR məsləhətçilərlə çirklənmiş torpaqların təmizlənməsinin diaqnostikasını aparır

Sharing is caring!




“Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 1 300 hektarlıq çirklənmiş əraziləri var”.

“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda deyib.

Onun sözlərinə görə, bu irs də bizə sovet vaxtından miras qalıb: “Bu çirklənmiş torpaqların təmizlənməsi üçün məsləhətçilərlə diaqnostikanı aparırıq. Torpaqların tərkibindəki qatqılar müəyyənləşdiriləcək. Bu torpaqların təmizlənməsi üç mərhələdə həyata keçiriləcək”

Ə.İsayev əlavə edib ki, hazırda hökumətlə bu məsələyə baxılır: “Bəzi institutlar da bizə kömək edir. Bundan başqa, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) bizə texniki yardım layihəsi çərçivəsində dəstək göstərir. Çünki SOCAR tək başına bunu edə bilməyəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir