İqtisadiyyat

Maliyyələşdirilməsi üçün sahibkarlar tərəfindən investisiya portalında 80-dən çox layihə yerləşdirilib

Sharing is caring!


www.invest.smb.gov.az portalı KOBİA tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə yaradılıb.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə investisiya portalında (www.invest.smb.gov.az) investisiya axtaran sahibkarlar tərəfindən işlək biznes, hazır layihə və ideya mərhələsində olan 60 layihə yerləşdirilib. Bu layihələr arasında turizm, qida sənayesi, tikinti, enerji, nəqliyyat və logistika, xidmət sahələri üzrə layihələr üstünlük təşkil edir. Layihələr Bakı, Şamaxı, İsmayıllı, Oğuz, Quba, Qax, Gəncə, Qazax, Naftalan və s. şəhər və rayonları əhatə edir.

Portalda həmçinin investorlar sərmayə yatırmaq istədikləri sahələr barədə təkliflərini də yerləşdirə bilərlər. Ötən il investorlar tərəfindən portalda idman, reklam və maliyyə sahəsi üzrə üç investisiya təklifi yerləşdirilib.

Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər.

Qeyd edək ki, www.invest.smb.gov.az portalı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Hazırda portalda işlək biznes, hazır layihə və ideya mərhələsində olan 80-dən çox layihə, 6 hazır biznes satışına dair təklif yerləşdirilib. Sahibkarlar, startaplar və investorlar portalda qeydiyyatdan keçməklə onun imkanlarından istifadə edə bilərlər. Portalda məlumat yerləşdirilməsi ödənişsizdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir