İqtisadiyyat

Bris Lalond: “İstixana qazlarının azaldılması məsələsi Bakıda keçiriləcək COP29-da həllini tapa bilər”

Sharing is caring!


“İstixana qazlarının azaldılması məsələsi Bakıda keçiriləcək COP29-da həllini tapa bilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Fransanın sabiq dövlət katibi, ətraf mühit üzrə sabiq nazir, BMT-nin Davamlı İnkişaf Konfransının icraçı koordinatoru Bris Lalond bildirib.

O, paytaxt Parisdəki Beynəlxalq Kommersiya Ali Məktəbində Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun dəstəyi ilə keçirilən “Sabahın nefti” adlı konfransda deyib ki, Azərbaycan planetin mühafizəsi naminə təxirəsalınmaz qərarların qəbul edilməsində həlledici rol oynaya bilər.

B.Lalond gələn il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının – COP29-un Tərəflər Konfransının 29-cu sessiyasına böyük ümidləri olduğunu söyləyib:

“Bütün dövlətlər birləşib istixana qazlarının miqdarını azalmağa nail olmalıdır. Bu istiqamətdə görülən işlər özünün real həllini gələn il Bakıda keçiriləcək COP29-da tapa bilər. Biz Azərbaycanın bu məsələdə vacib rol oynayacağına böyük ümidlər bəsləyirik”.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir