İqtisadiyyat

Turizmin İnkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq

Sharing is caring!


“Turizmin İnkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbirində bildirib.

Onun sözlərinə görə, turizm sektorunda dayanıqlılığın təmin edilməsi, regionlarda turizmin mövsümilik probleminin həlli ilə bağlı tədbirlər planları tərtib olunacaq.

“Eyni zamanda, turizmin inkişafı üçün marketinq və kommunikasiya planının, Destinasiya İnkişaf Planının hazırlanması nəzərdə tutulur. Onu da qeyd edək ki, yaxın gələcəkdə Regional Turizm Şuraları da yaradılacaq”, – deyə o əlavə edib.

İlhamə Əbülfət 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir