İqtisadiyyat

Pensiyaçılara digər bankomatdan istifadə zamanı niyə güzəşt edilmir? – VİDEO

Sharing is caring!


Başqa bankomatlardan nağdlaşdırma zamanı pensiya və sosial müavinət kartlarından da faiz tutulur. Bu da həmin kateqoriyadan olan şəxslərə, təbii ki, sərf eləmir.

Bəs pensiyaçılara, eləcə də sosial müavinət alanlara sözügedən məsələdə güzəşt oluna bilərmi? Çünki buna, xüsusilə, bölgələrdə daha çox ehtiyac var. Həmin insanlar başqa bankomatdan pul çıxararkən əlavə xidmət haqqı tutulmasın deyə ya uzun bir yol qət edirlər, ya da günlərlə növbə gözləyirlər.

Sakinlər pandemiya dövründə olduğu kimi, bütün bankomatlardan pensiyaların faizsiz çıxarılmasının tərəfdarıdırlar.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir