İqtisadiyyat

Vergi rəsmisi: “2019-cu ildən bəri muzdlu işçilərin sayı 1,6 dəfə artıb”

Sharing is caring!


2019-cu ildən bəri Azərbaycana muzdlu işdən gəlirlərə tətbiq edilmiş vergi güzəştləri və sosial sığorta üzrə fərqli rejim bu sahədə şəffaflaşmanı təmin edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva bildirib.

“İslahata başlandığı gündən indiyədək qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayı 1,6 dəfə artıb. Bu, mövcud etimad mühitinin və şəffaflaşmanın göstəricisidir. Əmək münasibətlərinin rəsmiləşdirilməsində əsas hədəf məhz qeyri-neft sektorunun özəl bölməsində münasibətlərin şəffaflaşması, sahibkarların yükünün azaldılması ilə yanaşı, daimi iş yerlərinin, dayanıqlı və sosial təminatı olan işçi qüvvəsinin yaradılmasıdır. Nəticədə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmaların artımı baş verib ki, bu da aparılan siyasətin yalnız iqtisadi yox, həm də sosial siyasətə kökləndiyini göstərir”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir